ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib
14 Mart 13:39
14 Mart 13:39
13 Mart 21:31
13 Mart 21:24
1 Avqust 2024 12:44
2 954
2024-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında ticarət dövriyyəsi 436 milyon 484 min ABŞ dolları təşkil edib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 73% və ya 184 milyon 187 min ABŞ dolları artıb.
Hesabat dövründə Azərbaycandan ABŞ-a qeyri-neft məhsulları ixracı 31.8 dəfə artaraq 164 milyon 482 min dollara, ABŞ-dən Azərbaycana ixrac isə 10% artaraq 272 milyon dollara bərabər olub.
Qeyd edək ki, 2024-cü ilin I yarısında Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi, ölkənin ümumi ticarət dövriyyəsinin 2%-nə bərabər olub.
Xatırladaq ki, cari ilin I yarısında Azərbaycanın ticarət dövriyyəsi 21 milyard 768,2 milyon ABŞ dolları, qeyri-neft ixracı isə 1 milyard 596 milyon ABŞ dolları təşkil edib.
14 Mart 10:30
1 491
13 Mart 18:53
1 869
13 Mart 16:19
2 030