8 Noyabr 10:28
15 Avqust 2024 12:21
3 731
Bu ilin yanvar-iyul aylarında Avropa ittifaqı boru kəmərləri ilə 93 mlrd. kubmetr qaz idxal edib, bu da illik müqayisədə 5% çoxdur.
Bu barədə “APA-Economics” Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan göstəriciyə 2023-cü ilin eyni dövrü ilə müqayisədə Rusiyadan idxalın 3,1 mlrd. kubmetr, Norveçdən idxalın 1,4 mlrd. kubmetr və Azərbaycandan 0,7 mlrd. kubmetr artması səbəb olub.
Vurğulanır ki, həm Rusiya, həm də Azərbaycandan 2024-cü ilin hər ayında Aİ-yə boru kəməri qazının tədarükü üzrə illik artım qeydə alınıb.
Xatırladaq ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
8 Noyabr 11:49
1 428
7 Noyabr 15:51
1 876
7 Noyabr 13:54
1 834