Cəbrayılın yenidən qurulan Horovlu kəndində Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib
“Washington Post”: Rubio və Heqsetin yaşadıqları bazanın üzərində naməlum dronlar aşkarlanıb
Azərbaycanın neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi kəskin artıb
Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib
1 Oktyabr 2024 16:13
5 320
“Azərbaycanda əsas məsələ turizmi mövsümi xarakterdən çıxarmaq, 12 aya, yəni 365 günə paylanan turizm fəaliyyətini inkişaf etdirməkdən ibarətdir”. Bunu xalqcebhesi.az-a açıqlamasında Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, turizm eksperti Ruslan Quliyev söyləyib. O, turizmdə yüksək və aşağı mövsüm anlayışının olduğunu bildirərək əlavə edib ki, bugünkü gündə turizmin müxtəlif növlərinin və alternativ turizm növlərinin tətbiq olunması turizmi mövsümi xarakterdən çıxarır: “Qeyd edə bilərik ki, sağlamlıq turizmi, eyni zamanda, işgüzar turizm bu mənada Azərbaycanda turizmin davamlılığına dəstək göstərə bilər. Sağlamlıq turizmini digər turizm növlərindən fərqləndirən mövsümi xarakteri deyil, onun 12 ay aktual olması və gecələmə sayının da digər turizm növlərindən fərqli olaraq daha çoxluğudur".