"Ölkələrin iqtisadi əməkdaşlığı genişləndirmək üçün böyük imkanları var" İqtisadiyyat

"Ölkələrin iqtisadi əməkdaşlığı genişləndirmək üçün böyük imkanları var"

İndoneziyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda “Indonesian Business Forum 2026” adlı tədbir keçirilib.

Səfir Berlian Helmi çıxış edərək İndoneziyanın iqtisadiyyatı, əməkdaşlıq oluna biləcək sahələr, xüsusilə də TEI Indonesia 2027 (Indoneziya Ticarət Sərgisi 2027) ilə bağlı ətraflı məlumat verib.

Azərbaycanla İndoneziya arasında çox yaxşı iqtisadi əlaqələr və əməkdaşlığın mövcud olduğunu qeyd edən diplomat deyib ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlər və imkanlar var. Lakin düşünürəm ki, bu potensialdan hələ də tam istifadə olunmayıb: "İki ölkə arasında çoxdandır ki, çox yaxşı iqtisadi münasibətlər və əməkdaşlıq mövcuddur, hər iki ölkə həmçinin böyük iqtisadi potensiala malikdir. Lakin hesab edirəm ki, bu potensialdan tam istifadə olunmayıb və bu, hələ ki, iki dövlət arasındakı ticarətin dəyərində, həcmində öz əksini tapmır. İndoneziya əhali və ərazi baxımından böyük ölkədir. İndoneziyanın 270 milyon əhalisi var. Əhalinin böyük bir hissəsi orta təbəqədir. Orta təbəqə tərəfindən güclındirilən iqtisadiyyatın alıcılıq qabiliyyəti çox güclüdür. İndoneziyanın daxili bazarı böyük bazardır, alıcılıq qabiliyyəti yüksəkdir. Ölkəmiz təbii sərvətlərə malikdir".

Diplomat ölkələrin iqtisadi əməkdaşlığı genişləndirmək üçün böyük perspektivləri və böyük imkanları var: "Buna görə də biz bu iqtisadi qarşılıqlı əlaqənin inkişafı üçün müxtəlif addımlar atmalıyıq və mən sizin hamınızı bu imkanlardan istifadə etməyə çağırıram".

Onun sözlərinə görə, İndoneziya ilə iqtisadi əməkdaşlıq Azərbaycan biznesinin Cənub-Şərqi Asiya ölkələrinin bazarına çıxışını təmin edə bilər.

İndoneziya Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) ən böyük iqtisadiyyatıdır və onunla tərəfdaşlıq Azərbaycan şirkətlərinə qonşu ölkələrin bazarlarına çıxmağa və regional təchizat zəncirlərinə inteqrasiya olunmağa imkan verəcək.

O, iqtisadi əməkdaşlıq çərçivəsində Azərbaycana kənd təsərrüfatı malları, palma yağı, kofe, kakao, minik, darçın, emal edilmiş dəniz məhsulları, ərzaq məhsulları, dərman bitkiləri və s. idxal edə bilər.
Cavid