Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
Vüqar Bayramov: “Zəfərdən sonra Kəlbəcərin iqtisadiyyatı 30 dəfədən çox böyüyüb”
Fazil Mustafa: “Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil”
Deputat: “Azərbaycan onlayn xidmətlər indeksində 56 pillə irəliləyərək 11-ci yerə yüksəlib”
11:42
266
“Kəlbəcər Cənubi Qafqazın ən dinamik inkişaf edən yaşayış məntəqələrindən birinə çevrilib, rayonun iqtisadi və turizm potensialı sürətlə reallaşdırılır”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi müəyyən edilib: “Kəlbəcər rayonu Cənubi Qafqazda ən böyük iqtisadi potensiala malik ərazilərdən biridir.Müzəffər Ali Baş Komandanın uzaqgörən siyasəti nəticəsində Kəlbəcər rayonu heç bir güllə atılmadan və şəhid verilmədən Azərbaycana qaytarılıb. Bu hadisə Vətən müharibəsində əldə olunan hərbi qələbənin diplomatik, siyasi və iqtisadi müstəvidə davamı kimi qiymətləndirilir.27 illik işğal müddətində Kəlbəcərin infrastrukturu Ermənistan tərəfindən vəhşicəsinə dağıdılıb, təbii ehtiyatları qeyri-qanuni şəkildə mənimsənilib. İşğal nəticəsində rayona ən azı 10 milyard dollar ziyan dəyib”.
O bildirib ki, Kəlbəcər mərmər oniksi və nefroid ehtiyatları da daxil olmaqla, bir sıra faydalı qazıntı yataqlarına malikdir. Rayonun sənaye potensialı yüksəkdir, geniş ərazisi isə kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına imkan yaradır.
Vüqar Bayramov Kəlbəcərin qış, yay, müalicəvi, tarixi və dini turizm imkanları ilə də seçildiyini vurğulayıb: “Rayonun zəngin turizm potensialı burada iqtisadi aktivliyin qısa müddətdə bərpasına şərait yaradıb. Son beş ildə Kəlbəcər Cənubi Qafqazın ən dinamik inkişaf edən yaşayış məntəqələrindən birinə çevrilib. 2020-ci ildə iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 49 milyon manat olduğu halda, hazırda bu göstərici 1,5 milyard manatı ötüb. Zəfərdən sonra Kəlbəcərin iqtisadiyyatı 30 dəfədən çox böyüyüb. 2020-ci ildə cəmi 224 min manatlıq sənaye məhsulu istehsal edilən rayonda hazırda 150 milyon manatdan yüksək sənaye potensialı mövcuddur”.
Vüqar Bayramovun sözlərinə görə, bərpa və yenidənqurma işləri nəticəsində Kəlbəcərdə tikinti sektoru son beş ildə 165 dəfə böyüyüb. Bu, qlobal miqyasda bir yaşayış məntəqəsi üçün rekord göstəricilərdən biridir.
Deputat çıxışının sonunda bildirib ki, Kəlbəcər yeni quruculuq mərhələsinə qədəm qoyub və həyat yenidən bu qədim yurda qayıdır.
Günel Elxan
11:36
301
11:30
588
11:26
336