Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
Vüqar Bayramov: “Zəfərdən sonra Kəlbəcərin iqtisadiyyatı 30 dəfədən çox böyüyüb”
Fazil Mustafa: “Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil”
Deputat: “Azərbaycan onlayn xidmətlər indeksində 56 pillə irəliləyərək 11-ci yerə yüksəlib”
09:50
728
ABŞ enerji daşıyıcıları və təhlükəli yüklər daşıyan onlarla gəmiyə qarşı yönəlmiş kiberhücumlarda İranın mümkün iştirakını araşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə amerikalı rəsmi şəxslərə istinadən "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Mövcud məlumatlara görə, neft, mayeləşdirilmiş qaz, kimyəvi məhsullar və digər təhlükəli maddələr daşıyan 50-yə qədər gəmi hücumlara məruz qala bilər. Onların bəzilərinə minalanma təhdidləri ilə bağlı mesajlar da daxil olub.
Amerika hakimiyyəti əsas şübhəli qismində İranı hesab edir, lakin Rusiyanın da mümkün iştirakını istisna etmir.
Vaşinqtonda ehtiyat edirlər ki, bu cür hərəkətlər gəmiçilik şirkətlərini qorxutmağa və mühüm dəniz marşrutlarının işini pozmağa yönələ bilər. Bundan əlavə, gəmilərin göyərtə idarəetmə sistemlərinə müdaxilə toqquşmalar və neft sızmaları da daxil olmaqla ciddi insidentlərə gətirib çıxara bilər.
Məryəm Quliyeva
11:42
105
11:36
203
11:30
273