"Avropa Rusiya təhdidinə qarşı müharibəyə hazırlaşır" Gündəm

"Avropa Rusiya təhdidinə qarşı müharibəyə hazırlaşır"

Bu ehtimal hər keçən gün artır. Pribaltika ölkələri və Polşada isə bu, daha çox hiss edilir. Hadisələrin getdikcə kəskinləşməsi, Kalininqrad ətrafındakı gərginlik Baltik dənizini də müharibə atmosferinə salır.

Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib.

"Avropada ciddi şəkildə silahlanma və ordu yaradılması prosesi gedir. Rusiya isə buna təsadüfən sərhədi keçib Polşa ərazisinə düşən dron hücumları ilə mesaj verir. Amma məsələnin açıq şəkildə qarşıdurmaya keçməsi ehtimalı azdır. Avropa sadəcə ABŞ-ın onları Rusiya ilə baş-başa qoyacağı qorxusu ilə silahlanır. Amma ABŞ bunu sadəcə Avropanın öz təhlükəsizliyi, məsuliyyətini artırması üçün edir. Hesab edirəm ki, ABŞ Avropanı heç vaxt tək qoymaz. Çünki Avropanı ələ almaq üçün ABŞ-ın ödədiyi bədəllər bunu imkansız edir" o, deyib.

Cavid