ABŞ lazer vasitəsilə Meksika narkokartelinin üç dronunu vurub Dünya

ABŞ lazer vasitəsilə Meksika narkokartelinin üç dronunu vurub

ABŞ hərbçiləri Meksika ilə sərhəd yaxınlığında Meksika narkokartelinə məxsus üç pilotsuz uçuş aparatını vurmaq üçün lazer silahından istifadə ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Şimali Amerikanın Aerokosmik Müdafiə Birləşmiş Komandanlığı və ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı "AMP-HEL" çoxməqsədli lazer qurğusunu işə salıb. Əməliyyatın keçirildiyi yer açıqlanmır; "Reuters" dronların ABŞ, yoxsa Meksika ərazisi üzərində vurulduğunu müəyyən edə bilməyib. ABŞ Silahlı Qüvvələrinin bəyanatına əsasən, dronlar amerikalı hərbçilər və Gömrük və Sərhəd Mühafizə Xidmətinin əməkdaşları üçün "fiziki təhlükə" yaradıb.

Məryəm Quliyeva