Qlobal bazarlarında əsas indekslərdə eniş müşahidə olunub İqtisadiyyat

Qlobal bazarlarında əsas indekslərdə eniş müşahidə olunub

Dünya fond bazarlarında əsas indekslər üzrə əsasən mənfi dinamika müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, ABŞ bazarında “Dow Jones” indeksi 352,10 bənd və ya 0,68% azalaraq 51 511,59 bəndə düşüb. “S&P 500” indeksi 58,61 bənd və ya 0,75% geriləyərək 7 706,03 bənd təşkil edib. “Nasdaq Composite” indeksi isə 308,24 bənd və ya 1,13% azalaraq 26 936,04 bəndə enib. “NYSE Composite” indeksi 0,75%, Kanadanın “S&P/TSX Composite” indeksi isə 1,61% geriləyib.

Avropa bazarlarında da mənfi dinamika qeydə alınıb. “Euro Stoxx 50” indeksi 0,39% azalaraq 6 299,82 bəndə, Almaniyanın “DAX” indeksi 0,66% geriləyərək 25 410,63 bəndə, Fransanın “CAC 40” indeksi 0,39% azalaraq 8 123,41 bəndə, İspaniyanın “IBEX 35” indeksi isə 0,62% düşərək 19 632,20 bəndə enib. Böyük Britaniyanın “FTSE 100” indeksi 0,03% azalıb.

Asiya-Sakit okean regionunda qarışıq dinamika müşahidə olunub. Yaponiyanın “Nikkei 225” indeksi 1,33% artaraq 65 883,41 bəndə, “TOPIX” indeksi isə 0,12% yüksələrək 4 096,01 bəndə çatıb. Honq-Konqun “Hang Seng” indeksi 0,36%, Çinin “CSI 300” indeksi 0,92%, Avstraliyanın “S&P/ASX 200” indeksi isə 0,66% geriləyib.
Bazar iştirakçıları ABŞ Federal Ehtiyat Sisteminin (FED) son faiz qərarından sonra pul siyasətinin gələcək istiqaməti ilə bağlı siqnalları qiymətləndirməyə davam edir. Faiz qərarı fonunda investorların bir hissəsi riskli aktivlərdə mövqelərini yenidən nəzərdən keçirib. ABŞ-da xüsusilə texnologiya sektorunda satışların artması “Nasdaq Composite” indeksinə təzyiq göstərib. Avropa bazarlarında da investor ehtiyatlılığı güclənib.
Asiya bazarlarında isə Yaponiya səhmlərinə tələbin artması fonunda yüksəliş qeydə alınsa da, Çin və digər region bazarlarında iqtisadi artımla bağlı narahatlıqlar dinamikanı məhdudlaşdırıb.