Azərbaycanda dəmir yolu ilə yük daşımaları 11% artlb İqtisadiyyat

Azərbaycanda dəmir yolu ilə yük daşımaları 11% artlb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2026-cı ilin yanvar-sentyabr aylarında 13 mln. 882 min 84 ton yük daşıyıb.

Bu barədə ADY-nin məlumatında bildirilib.

Qeyd olunub ki, ötən ilin eyni dövründə dəmir yolu ilə 12 mln. 510 min 288 ton yük daşınıb. Beləliklə, bu ilin doqquz ayında yükdaşımaların həcmi illik müqayisədə 11% artıb.

Təkcə sentyabr ayında isə ADY 1 mln. 766 min ton yük daşıyıb. Bu göstərici 2025-ci ilin sentyabr ayı ilə müqayisədə 29% çoxdur. Ötən ilin sentyabrında dəmir yolu ilə 1 mln. 370 min 303 ton yük daşınıb.