16:45
469.jpg)
İran hərbçiləri regionda düşmənin potensial hədəflərinin siyahısına davamlı olaraq düzəlişlər və dəqiqləşdirmələr daxil edirlər ki, zərurət yarandıqda həmin hədəflərə qabaqlayıcı zərbələr endirilə bilsin.
Xalqcebhesi.az -ın xəbərinə görə, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndəsi məlumat verib.
"İran ordusu düşmən hədəflərinin məlumat bazasını daimi olaraq yeniləyir və artıq regionda İran qüvvələri tərəfindən hücuma məruz qala biləcək çoxlu sayda obyekti, o cümlədən hərbi bazaları müəyyənləşdirib", - deyə hərbi nümayəndə bildirib. Onun sözlərini "Al Mayadeen" telekanalı sitat gətirib. O əlavə edib ki, "düşməni hər hansı təcavüzdən və ya hücumdan çəkindirmək üçün zərurət yarandıqda İran qabaqlayıcı əməliyyatlar keçirəcək".
İslam respublikası ordusunun nümayəndəsi xəbərdarlıq edib ki, "ölkə ərazisinə yeni hücumlar olacağı təqdirdə İran Silahlı Qüvvələri əvvəlkilərdən daha güclü, miqyaslı və sürətli cavab zərbəsi endirəcək". O, həmçinin əlavə edib ki, ABŞ-nin İran ərazisinə, o cümlədən Hörmüz boğazı zonasındakı adalara ehtimal edilən quru müdaxiləsi zamanı "amerikan hərbçiləri İran Silahlı Qüvvələrinin hücumları qarşısında maksimum dərəcədə həssas olacaqlar".
Məryəm Quliyeva