8 Noyabr 10:28
3 Aprel 2020 11:44
3 864
Koronavirus pandemiyasının qlobal zərəri virusun yayılma miqyasından asılı olaraq 4,1 trln. ABŞ dolları və ya qlobal ÜDM-in təxminən 5%-i qədər ola bilər.
Bu barədə Asiya İnkişaf Bankının (AİB) yeni dərc olunmuş "Asian Development Outlook (ADO) 2020: What Drives Innovation in Asia?" adlı hesabatına deyilir.
Pandemiyanın miqyası az olarsa qlobal zərərin 2 trln. dollar və ya qlobal ÜDM-in 2,3%-i qədər ola bilər. Bankın hesablamalarına görə, Asiyanın inkişafda olan ölkələrinin, o cümlədən Çinin payına koronavirusla bağlı zərərin 22-36%-i düşür.
Qeyd edək ki, AİB Asiyada 2020-ci il üçün iqtisadi artım proqnozunu ötən ilin sentyabrında gözlənilən 5,5% göstəricisindən 2,2%-ə endirib. Çin üçün proqnoz isə 6%-dən 2,3%-ə endirilib.
8 Noyabr 11:49
1 743
7 Noyabr 15:51
2 177
7 Noyabr 13:54
2 128