Dünya iqtisadiyyatı ppandemiya ilə bağlı yeni çağırışlarla üzləşdi - Mikyaıl Cabbarov İqtisadiyyat

Dünya iqtisadiyyatı ppandemiya ilə bağlı yeni çağırışlarla üzləşdi - Mikyaıl Cabbarov

"Dünya iqtisadiyyatı 2020-ci ilin birinci rübün sonundan pandemiya ilə bağlı dünya iqtisadiyyatı yeni çağırışlarla üzləşdi".
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, bu çağırışlar fonunda ölkə iqtisadiyyatı çətinliklərə üzləşsə də dayanıqlığını nümayiş etdirib:
" İqtisadiyyatımızın əsas oyuncularına mənfi təsir minimumal səviyyədədir. Ölkədə biznes mühiti son illər yaxşılaşdırılır, biznes mühitə müxtəlif müdaxilələrin azalması müşahidə edilir. İlin sonuna qədər ölkə iqtisadiyyatında balanslaşdırılma baş verməsinə inanırıq. Sahibkarların fəaliyyətinin təşviq edilməsi davam etdiriləcək. Ölkənin sənaye parklarına bu gün böyük maraq hiss etdirik. İnvestisiya layihələrinə maraq qalıb, düşünürəm ki, yaxın vaxtlarda Sumqayıt Kimya Sənaye Parkında özəl sektor tərifəndən layihələrin həyata keçirilməsini müşahidə edəcəyik".