Danimarkanın XİN rəhbəri 14 yanvarda Rubio və Venslə görüşü təsdiqləyib
Prezident İlham Əliyev Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub
Prezident İlham Əliyev Ağdərənin Heyvalı kəndində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
Rusiya və Belarus XİN rəhbərləri İran və Venesuelanı müzakirə edibler
30 İyun 2020 15:27
2 842
Bakı şəhərində özəl valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə dair mətbuatda yayılan məlumatlara aydınlıq gətirərək bildiririk ki, hazırda yalnız banklar və onların filialları, eləcə də “Azərpoçt” MMC-nin filial və şöbələri valyuta mübadiləsi fəaliyyəti hüququna malikdirlər.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi məlumatda deyilir.
Məlumata əsasən, AMB tərəfindən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq digər hüquqi və fiziki şəxslərə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməyib: “Əgər yuxarıda qeyd olunan təşkilatlardan başqa hər hansısa hüquqi və fiziki şəxs belə fəaliyyətlə məşğul olarsa bu qanunsuzdur”.