Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
Prezident: İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır
14 Sentyabr 2020 12:35
3 115
Azərbaycanın sığorta bazarı post-pandemiya dövründə yeni mərhələdə dayanıqlı inkişaf üçün kifayət qədər potensiala malikdir.
Bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri Azər Əliyev təşkilatın fəaliyyətinin yeni konsepsiyasına həsr olunmuş tədbir zamanı deyib.
Onun sözlərinə görə, Assosiasiya bu potensialın düzgün qiymətləndirilməsi istiqamətində sığortaçılara fundamental əsasda dəstək verəcək:
“Azərbaycanın sığrta bazarı düzgün istiqamətdə hərəkət edir. Maliyyə fəaliyyətinin əsas istiqamətlərindən olan sığorta sahəsi bütün dünya iqtisadiyyatlarında olduğu kimi COVID-19 pandemiyasında bu və ya digər formada ziyan görüb”.
O vurğulayıb ki, Azərbaycanda yaradılmış sağlam iqtisadi inkişaf modeli və vaxtında görülmüş tədbirlər sayəsində sığorta bazarı pandemiyanın daha genişmiqyaslı fəsadlarından qurtula bilib.