Piter Teys: Cəbhə bölgəsindən qaçan çox sayda erməni əsgəri Ermənistan Silahlı Qüvvələrində döyüş ruhunun çatışmazlığını nümayiş etdirir İqtisadiyyat

Piter Teys: Cəbhə bölgəsindən qaçan çox sayda erməni əsgəri Ermənistan Silahlı Qüvvələrində döyüş ruhunun çatışmazlığını nümayiş etdirir

Cəbhə bölgəsindən qaçan çox sayda erməni əsgəri Ermənistan silahlı qüvvələrində döyüş ruhunun olmadığını göstərir.

Bu barədə Avropa siyasəti üzrə amerikalı mütəxəssis Piter Teys bildirib.

Mütəxəssisin qeyd edib ki, Ermənistan İrəvandakı korrupsiya və qohumbazlıq və Baş nazir Nikol Paşinyanın dünyanın ən pis texnokratları ilə əlaqələri səbəbindən ordunun maddi və texniki dəstəyində problemlər yaşayır:

"Ermənistan tərəfindən qadın snayperlərdən ibarət tağım və taborların yaradılması geri çəkilmənin son mərhələsidir. Ermənistan terrorçuları dəstəkləyən natamam bir dövlətdir. Ermənistanın terrorçu hökuməti tərəfindən BMT-nin Cenevrə Konvensiyasının və BMT Təhlükəsizlik Şurasının qərarlarının pozulması, Avropa Birliyi Şurası, NATO və bir çox digər demokratik təşkilatlar tərəfindən qınanılması lazım olan dəhşətli cinayətlərdir".

P.Teys yaxın gələcəkdə Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunacağına ümid etdiyini bildirdi:

"Yaxın zamanda hərbi qələbəni qeyd etmək üçün azərbaycanlı qardaşlarımla qoşulmaq imkanını səbirsizliklə gözləyirəm.