"SOCAR Trading" 2 milyon ton türkmən nefti satın alacaq İqtisadiyyat

"SOCAR Trading" 2 milyon ton türkmən nefti satın alacaq

Azərbaycan Dövlət Neft Şirkətinin ticarət bölməsi olan "SOCAR Trading" növbəti iki il ərzində Türkmənistandan 2 milyon tona yaxın neft satın alacaq.

Trend-in məlumatına görə, SOCAR bu xəbəri təsdiq edib.

Qeyd olunur ki, "SOCAR Trading" Türkmənistanın Kiyanlı yatağından hasi olunan xam neftin satın alınması üzrə Malayziyanın "Petronas" şirkətinin elan etdiyi tenderdə qalib gəlib.

Müvafiq müqavilə iki il müddətinə imzalanıb və müddəti uzadıla bilər.

Neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunması planlaşdırılır.