“Palmali” SOCAR-a 240 milyon dollar təzminat ödəməlidir - London məhkəməsi İqtisadiyyat
Fevralın 3-də Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCITRAL) qaydalarına uyğun olaraq SOCAR-ın xeyrinə qərar verilib.
London məhkəməsinin SOCAR qrupu və “Palmali” qrupuna daxil olan şirkətlər arasındakı üçüncü arbitraj işi üzrə qərarına əsasən, “Azərbaycan (AÇG) Limited” şirkətinə 132 milyon dollardan çox təzminat ödənilməlidir. Bu, SOCAR Qrupuna aid olan şirkətlərin “Palmali” Qrupu və Mübariz Mənsimova qarşı öhdəliklərin pozulması iddiası ilə başladığı üç arbitraj işindən axırıncısı idi.
Bununla da London Beynəlxalq Arbitraj Məhkəməsi, London Dəniz Arbitrləri Assosiasiyası və BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının arbitraj qaydalarına əsasən keçirilmiş üç müstəqil məhkəmə prosesi SOCAR Qrupunun xeyrinə nəticələnib. “Palmali”nin qarşılıqlı iddiaları rədd edilərək, SOCAR Qrupuna ümumilikdə 240 mln. ABŞ dolları məbləğini aşan təzminatın ödənilməsi barədə qərar verilib.