Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Fevralın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,02% – 31,430.70 bəndədək enib, S&P 500 indeksi 0,17% – 3,916.38 bəndədək, Nasdaq indeksi isə 0,38% – 14,025.77 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında fevralın 11-də FTSE 100 indeksi 0,07% – 6,528.72 bəndədək, Almaniyanın DAX indeksi 0,77% – 14,040.91 bəndədək yüksəlib, Fransanın CAC-40 indeksi isə 0,02% – 5,669.82 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,19% artaraq 1 840,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,11 artaraq 1,2134 dollar təşkil edib.