OPEC Azərbaycanda maye karbohidrogen hasilatı ilə bağlı proqnozları açıqlayıb İqtisadiyyat
2021-ci ildə OPEC+ sazişi çərçivəsində neft hasilatının könüllü tənzimlənməsinə uyğun olaraq Azərbaycanda maye karbohidrogenlərin hasilatı 0,73 milyon barel/sutka səviyyəsində qalacaq.
Trend bu barədə OPEC-in fevral hesabatına istinadən məlumat verir.
Hesabatda qeyd olunur ki, ötən ilin dekabrında ölkədə sutkada 0,72 milyon barel maye karbohidrogen, o cümlədən 0,59 milyon barel xam neft və 0,13 milyon barel qaz-kondensat hasil olunub.
Təşkilatın məlumatlarına əsasən, 2020-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatı 2019-cu illə müqayisədə 0,06 milyon barel/sutka azalaraq 0,73 milyon barel/sutka təşkil edib.