Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
11 Mart 2021 15:18
2 457
Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə sahibkarlar və biznes assosiasiyaları ilə əlaqələrin genişləndirilməsi üzrə yeni istiqamətlər müəyyənləşdirilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bunu Xidmətin rəis müavini Məmməd Abbasbəyli Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüşü zamanı deyib.
Onun sözlərinə görə, son dövrlər haqsız rəqabət, inhisarçılığa qarşı mübarizə, istehlakçı hüquqlarının qorunması, keyfiyyət infrastrukturu, eləcə də dövlət satınalmalarında rəqabət mühitinin və şəffaflığın təmin olunması istiqamətində işlər görülür.
Tədbirdə Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Fərid İsayev dialoq formatında tərəfdaşlıq təşəbbüsünün inkişafına dair təkliflərini səsləndirib.
Palatanın icraçı direktoru Tobias Bauman isə bu sahədə xarici ölkələrin müsbət təcrübəsinin öyrənilməsi və normativ bazanın təkmilləşdirilməsi üçün əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
Müzakirə formatında keçirilən görüşdə biznes dairələri, sahibkar birlikləri və assosiasiyalarla əməkdaşlığın iqtisadi inkişafa töhfə verdiyi, belə tədbirlərin davamlı olaraq keçiriləcəyi qeyd edilib, suallar cavablandırılıb.
25 Oktyabr 17:37
1 295
25 Oktyabr 14:18
1 575
25 Oktyabr 14:17
1 372