Prezident Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpa işləri ilə tanış olub
Ötən ay 15 aparıcı televiziya kanalında 864 xarici söz işlədib, xəbərdarlıq olunub
İranda Laricani və "IRIS Dena" dənizçiləri ilə vida mərasimi keçirilir
İranın neft-qaz yataqları ABŞ və İsrailin zərbələrinə məruz qalıb
30 Aprel 2021 09:41
5 082
"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda işə düşdükdən etibarən bu günədək neft hasilatının həcmi 3,9 milyard bareli ötüb.
Trend bu barədə "BP Azerbaijan" şirkətinin hesabatına istinadən məlumat verir.
Qeyd edək ki, 2021-ci ilin birnci rübündə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda hasilatın həcmi gündə orta hesabla 484 min barel təşkil edib.
İlin birinci rübü ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (30 000), Mərkəzi Azəri (112 000), Qərbi Azəri (130 000), Şərqi Azəri (79 000), Dərinsulu Günəşli (89 000) və Qərbi Çıraq (44 000) platformalarından birlikdə – gündə orta hesabla 484 000 barel və ya ümumilikdə təxminən 44 milyon barel, yəni 6 milyon ton olub".
Birinci rübün sonunda AÇG-də ümumilikdə 133 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.
(Tərcümə: Orxan Nəbiyev)