Azərbaycan əhalisi bu il əsasən quş ətinə üstünlük verib İqtisadiyyat

Azərbaycan əhalisi bu il əsasən quş ətinə üstünlük verib

Bu ilin ilk yarısında Azərbaycan əhalisi pərakəndə ticarət şəbəkəsində 76,783 mln. manat dəyərində ət alıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 14,2% çoxdur. Hesabat dövründə əhali quş ətinə üstünlük verib. Belə ki, satışların 51,9%-ni ev quşlarının əti təşkil edib.

Qeyd edək ki, cari ilin təkcə II rübündə pərakəndə ticarət şəbəkəsində əhali 39,854 mln. manatlıq ət alıb, bu da illik müqayisədə 25% çoxdur. II rübdə də üstünlük quş ətinə verilib (satışların 52,8%-i).