"Dostluq" yatağında hasilat yekun razılaşma əldə olunduqdan 3-5 il sonra başlaya bilər İqtisadiyyat

"Dostluq" yatağında hasilat yekun razılaşma əldə olunduqdan 3-5 il sonra başlaya bilər

Azərbaycan və Türkmənistan arasında yekun razılaşma əldə olunduqdan 3-5 il sonra “Dostluq” yatağında hasilat başlaya bilər.

"APA-Economics"in ICIS analitika şirkətininə istinadən verdiyi məlumata görə, bu barədə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.

Qeyd edək ki, Azərbaycan və Türkmənistanın dəniz sərhədində yerləşən "Dostluq" neft və qaz kondensatı yatağı 1986-cı ildə Azərbaycan neftçiləri tərəfindən kəşf edilib.

Bu ilin yanvarın 21-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu" imzalanıb. Yatağın neft ehtiyatlarının təqribən 60 mln. ton, təbii qaz ehtiyatlarının isə 100 mlrd. kubmetr olduğu güman edilir.