22 Dekabr 16:47
22 Dekabr 16:09
22 Dekabr 12:44
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
13 Oktyabr 2021 12:00
4 284
2017-2019-cu illərdə Azərbaycan təbii qaz hasilatını 36 faiz və ya 5,6 milyard kubmetrdən çox artırıb.
Trend bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) hesabatına istinadən məlumat verir.
EIA-nın Azərbaycanın enerji sektorunun təhlilinə əsasən, tikintisi 2020-ci ilin oktyabrında başa çatmış yeni "Cənub Qaz Dəhlizi" boru kəmərləri birləşməsi ölkənin Avropa bazarlarına çıxış imkanlarını genişləndirib:
"Azərbaycanda təbii qazın hasilatının artımı başlıca olaraq "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi ilə əlaqədardır. "Şahdəniz" yatağının birinci və ikinci mərhələrində işlər müvafiq olaraq 2006-cı ildə və 2018-ci ilin ortalarında başlayıb. Yataqdan hasil olunan qazın ixracının sadələşdirilməsi üçün "Cənub Qaz Dəhlizi" adlandırılan bir neçə beynəlxalq qaz kəməri inşa edilib. Dəhliz Cənubi Qafqaz qaz kəməri, Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəmərindən (TAP) ibarətdir".
Ötən il TAP-ın tikintisinin başa çatması ilə dekabrın 31-dən etibarən qazın kommersiya tədarükü başlayıb:
"TAP-ın tikintisinin başa çatması ilə "Cənub Qaz Dəhlizi"nin üç boru kəmərinin ümumi uzunluğu 3,2 min kilometrə çatıb. TAP-ın buraxılış gücü ildə 10 milyard kubmetr təşkil edir. "Şahdəniz"də hasilatın artması və TAP-ın tikintisinin başa çatdırılması Azərbaycanın qaz ixracatını və ixrac bazarlarını genişləndirməsinə yol açdı. 2017-2019-cu illərdə Azərbaycan təbii qaz ixracını 3,4 milyard kubmetrdən çox artırıb, ixracın böyük hissəsi Türkiyə və Gürcüstanın payına düşüb. 2021-ci ilin birinci yarısında Türkiyə və Gürcüstana ixrac artmaqda davam edib. Eyni zamanda, 2020-ci ilin sonunda TAP-ın tikintisinin başa çatması ilə Azərbaycan Yunanıstan və İtaliyaya təbii qaz ixracına başlayıb. 2021-ci il sentyabrın 16-da TAP konsorsiumu elan edib ki, Avropaya 5 milyard kubmetr qaz tədarük olunub".
22 Dekabr 18:01
1 211
22 Dekabr 17:54
1 169
22 Dekabr 16:44
1 099