"Regionlarda ərsəyə gələn yeni müəssisələr ölkəmizin iqtisadi gücünü artıracaq" - Azər Badamov İqtisadiyyat

"Regionlarda ərsəyə gələn yeni müəssisələr ölkəmizin iqtisadi gücünü artıracaq" - Azər Badamov

"Azərbaycan dinamik inkişaf edən iqtisadiyyata malik ölkədir. Dünyanın bir çox ölkələrinin iqtisadiyyatları hələ də pandemiyanın yaratdığı mənfi fəsadlar nəticəsində zəiflətməkdə davam edir". Bunu Xalqcəbhəsi.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Millət vəkili "amma ölkəmizdə dövlət başçımızın rəhbərliyi altında aparılan düşünülmüş uğurlu siyasət sayəsində vaxtında qabaqlayıcı addımların atılması bu gün öz uğurlu nəticələrini göstərməkdədir", - deyə əlavə edib: "Beləki, 2021-ci ili uğurlu iqtisadi göstəricilərlə başa vurmağımız iqtisadi planlamalarımızın doğru olduğunu təsdiq etdi. Əgər 2020-ci ildə ölkəmizin iqtisadiyyatı -4,3% tənəzüllə uğramışdısa, 2021-ci ildə bu tənəzüllü də aradan qaldırdıq və 5% iqtisadi artmıla başa vurduq. Ən çox iqtisadi artım isə qeyri neft sənayesində olub. Bu artımın 20%-ə yaxın olmasını son illər qeyri-neft sektorunda şaxələnmə siyasətinin qazandırdığı uğur hesab edirəm. Biz yola saldığımız ildə qazandığımız nailiyyətlərlə 2022-ci ilə qədəmlərimizi qoymuşuq. Cari ilin 1-ci ayında da göstəricilər müsbət olub. Yəni, dünya ölkələrində ilin birinci ayında göstəricilər heç də o qədər müsbət olmur. Amma iqtisadiyyatımızın 6%, qeyri neft sektorunun9 % və qeyri neft sənayesinin 24% artması ilə uğurla başladığımızın göstəricisidir. İlin sonuna qədər bu rəqəmlər daha da böyüyəcək. Çünki, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri sürətlə davam etdirilir. Ölkəmizin digər regionlarının inkişafı və yeni müəsisələrin istismara verilməsi iqtisadi gücümüzü artırır. Məsələn, 11 fevralda 385 meqavat gücündə Qobu elektrik stansiyasının işə düşməsi enerji istehsalımızı artıracaq və bu sahənin inkişafına öz töhfəsini verəcək. Ağılı kənd layihələrinin həyata keçirilməsi və o ərazilərdə ağıllı istehsal sahələrinin fəaliyyətə başlaması da iqtisadi gücümüzə yeni töhfə olacaq. Digər regionlarda da yeni müəssisələr ərsəyə gəlir ki, bu müəssisələr ölkəmizin iqtisadi gücünü artıracaq. Prespiktivdə planlaşdırılan yeni layihələr çoxdur və düşünürəm ki, icra olunacaq hər bir layihə yeni istehsal sahəsidir . Bu da həm işsizliyin ardan qalxmasına, həm də yerli təlabatımızı ödəməklə ixrac potensialımızın artmasına xidmət edir. Cənab Prezidentin uzaqgörən proqramları ölkəmizin iqtisadiyyatını müasir dövrün çağırışlarına zamanında uyğunlaşdırılmasına imkan verir və yaxın gələcəkdə Azərbatcan dünyanın ən firavan ölkəsinə çevriləcək".

Əli Zülfüqaroğlu