Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Lukaşenko: Belarusda maksimum 10 "Oreşnik" sistemi yerləşdiriləcək
Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının yeni Fəaliyyət Planının detalları məlum olub
Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Vladanka Andreyeva ilə görüşüb
21 Mart 2022 17:45
9 394
"Təbii ki, ABŞ prezidentinin Novruz Bayramı ilə bağlı dövlət başçısına göndərdiyi təbrik məktubu mahiyyəti etibarı ilə Azərbaycana olan maraqdan irəli gəlir". Bu fikirləri Xalqcəbhəsi.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. Ekspert bildirib ki, bu gün dünyada baş proseslər fonunda Azərbaycan Prezidentinə göndərilən məktub onu göstərir ki, ABŞ-ın Azərbaycanla münasibətlərin daha dərin inkişaf etməsinin tərəfdarıdır: "Burda bir neçə faktor var:
1.Azərbaycanın Geostrateji mövqeyi.
2.Azərbaycanın geosiyasi mövqeyi.
3.Nəhayət bunun ikisinin cəmi olaraq, Azərbaycanın geoiqtisadi mövqeyi, yəni iqtisadi baxımdan əlverişli mövqedə olması.
Hazırda strateji hədəflər ABŞ-ın Azərbaycanla münasibətlərini daha da inkişaf etdirməyə vadar edir. Hesab edirəm ki, bu uğurlu, diplomatik fəaliyyətin nəticəsidir. ABŞ prezidenti bununla əslində onu demək istəyir ki, Azərbaycan ABŞ üçün ən əsas strateji müttəfiqlərdən biridir. Azərbaycanla ABŞ-ın təhlükəsizliklə bağlı ortaq maraqları var və burada Azərbaycanın rolu böyükdür. Bu müttəfiqlik bundan sonra da davam etdiriləcək.
Məktub həm də onu göstərir ki, ABŞ Azərbaycana böyük dəyər verir və münasibətlərin inkişafında maraqlıdır. Bir daha qeyd edirəm ki, bu Azərbaycanın düşünülmüş siyasətinin nəticəsidir".
Əli
17:11
448
17:10
448
17:09
434