Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
İran Hörmüz adası yaxınlığında ABŞ-ın F-15 qırıcı təyyarəsinin vurulduğunu açıqlayıb
Netanyahu Avropa ölkələrini İrana qarşı müharibəyə qoşulmağa çağırıb
İstanbulda yaşayış binası uçub, 9 nəfər dağıntılar altından çıxarılıb - YENİLƏNİB-3
6 May 2022 10:14
3 409
Latın Amerikası dövlətlərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Elnur Məmmədovun 5 may 2022-ci il tarixində Braziliya xarici əlaqələr naziri Karlos Fransa ilə görüşü keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında siyasi dialoqun səviyyəsi yüksək qiymətləndirilib, ölkələr arasında siyasi məsləhətləşmələrin sayca üçüncü raundunun keçirilməsinin əhəmiyyəti qeyd olunub. Müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, energetika, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar müzakirə edilib, növbəti il ölkələr arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd ediləcəyi, birgə tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Nazir müavini E.Məmmədov Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni siyasi reallıqlar, azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər və irimiqyaslı layihələr haqqında qarşı tərəfə ətraflı məlumat verib, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərin əhəmiyyətinin artdığı diqqətə çatdırılıb.
Görüşdə, həmçinin Azərbaycan və Braziliya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Braziliya tərəfindən Xarici Əlaqələr Nazirliyinin Baş katibi Simas Maqalyəiş və Braziliya Konqresində Azərbaycan-Braziliya dostluq qrupunun rəhbəri deputat Klaudio Kajado da iştirak ediblər.
Nazirlikdən Trend-ə verilən məlumata görə,
20 Mart 19:24
4 242
20 Mart 09:57
2 254
20 Mart 09:51
2 079

