Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
Birləşmiş Ərəb Əmirliklərinin müdafiə naziri Azərbaycana gəlib
Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan yenidən axtarışa verilib
Prezident və birinci xanım Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO
12 May 2022 20:34
4 144
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında münasibətlərdə sülh və təhlükəsizliyin yaradılmasına dəstəyini davam etdirəcək.
Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Aİ Nümayəndəliyinin Avropa Günü münasibətilə təşkil etdiyi qəbulda deyib.
Onun sözlərinə görə, bu prosesin başlanğıcını Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında əvvəlki görüşlərdə Aİ Şurasının prezidenti Şarl Mişel qoyub.
"Bununla yanaşı, Aİ minaların təmizlənməsi və effektiv hökumət dəstəyi mexanizmlərinin yaradılması prosesində Azərbaycana dəstək verir. Aİ sülhü dəstəkləyir və sülh platforması kimi tanınır", - səfir bildirib.
Mixalko Azərbaycanla Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığı da qeyd edib.
"Bu baxımdan, rəqəmsal transformasiya və yaşıl enerjiyə keçidlə bağlı layihələrimiz var. Avropa ölkələri Azərbaycanda yeni layihələri səbirsizliklə gözləyir. Buna perspektivli Cənub Qaz Dəhlizi layihəsinin yaradılması, eləcə də alternativ enerji sahəsində ölkənin böyük potensialı kömək edir", - o deyib.
12:59
756
12:44
427
12:41
434