"Dünyada Azərbaycan və Türkiyənin mövqeyi çox güclənib" Siyasət

"Dünyada Azərbaycan və Türkiyənin mövqeyi çox güclənib"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə şənbə günü – mayın 14-də Rize-Artvin hava limanının açılışını edəcəklərini bildirib. Sözsüz ki, Azərbaycan və Türkiyə bir- birləri ilə strateji iqtisadi partnyor və siyasi-hərbi müttəfiq olaraq münasibətlərini dostluq və qardaşlıq prinsipləri üzərində inkişaf etdirir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.
Politoloqun fikrincə, genetik münasibətlərimizin və Şuşa bəyannaməsinin mahiyyətinə uyğun olaraq Azərbaycan və Türkiyənin sürətli inkişafı birmənalı olaraq dövlətlərimizin daha da qüdrətli olmasına gətirəcək: "Bir neçə gün öncə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu növbəti açıqlamasında Türkiyənin regional deyil, qlobal güc olduğunu bəyan etdi. Digər tərəfdən Rusiya-Ukrayna (Qərb) müharibəsi fonunda gərgin beynəlxalq siyasi-hərbi böhran vəziyyətində söz sahibi olan Türkiyə və Azərbaycanın siyasi, iqtisadi və hərbi manevr imkanları çox yüksəlib. Təkcə bir fakt: Finlandiya və İsveçrənin NATO-ya üzvlük məsələsində Türkiyə həm Qərbə, həm də Rusiyaya təsir imkanları genişləndirib və hər iki tərəfdən istədiyini şəkildə ala biləcək vəziyyətdədir. Nəzərə alsaq ki, Türkiyə-Azərbaycan arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsinə görə ölkələrimiz xarici və ümimiyyətlə siyasi, iqtisadi xəttini uyğunlaşdırmalı, Milli Təhlükəsizlik Şuralarının birgə məsləhıtləşmısindən sonra hərəkət etməlidir. Əsas məqamlardan biri də, Avropanın Rusiya enerji daşıyıcılarına alternativ məsələsidir hansı ki, bu məsələdə Azərbaycanın və Türkiyənin mövqeyi çox güclənib. Qara dəniz hövzəsində Türkiyənin böyük ehtiyatda neft, qaz yatağı kəşf etməsi və sənaye istehsalının 2023-2024-cü illərə planlaşdırılması Avropanın enerji təhlükəsizliyi məsələsində bu iki dövləti vacib oyunçuya çevirib. Ona görə də Azərbaycan və Türkiyə birliyinin, birgə lahiyələrin işə salınması, yeni tranzit, infrastruktur və loqistikanın qurulması bu iki dövlətin uğurlu gələcəyinə təminat verir".
Cavid