22 Dekabr 16:47
22 Dekabr 16:09
22 Dekabr 12:44
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
26 May 2022 08:48
2 191
Azərbaycan - Ermənistan sərhədlərinin demarkasiya və delimitasiya olunamsı barədə danışıqların 3-cü raundu başa çatsa da ictimaiyyətin “bu razılaşmalar baş tutacaqmı“ sualları başadüşüləndir. Paşinyan 10 noyabr kapitulaysiyasından sonra ötən iki ilə yaxın müddət ərzində sanki qorxu hissi yaşayır. Onun bu hissləri anlaşılan olsa da bölgədə sülhün təmin olunmasına ciddi əngəllər törədir.
Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında politoloq Vasif Əfəndi deyib.
Politoloqun fikrincə, Paşinyanın iki böyük qorxusu var. Bunların birincisi, Rusiya və onun ölkədə kök salmış 5-ci kalonudur: "5-ci kalon müxalifət qismində Rusiyadan dəstək alaraq tam gücləri ilə Azərbaycanla davamlı və sabit sülhün yaranmasına qarşı çıxış edir. Digər tərəfdən də Fransa Qarabağ iqtisadin rayonunda Rusiya tərəfindən zorla saxlanılan bir qrup etnik ermənilər üçün status verilməsinə çalışır. Məlumdur ki, müharibədən sonra Qarabağı tərk etmiş ermənilərin az qismi şirnikləndirilib geri qaytarılsa da artıq onların çox hissəsi yenidən Azərbaycanı tərk ediblər. Hazırda Rusiya sülhməramlı qüvvələri nəzarətlərində olan kəndlərdən erməni əhalini toplayaraq Xankəndi şəhərində cəmləşdirirlər ki, bir başkənd obrazı yaratsınlar və beləliklə onlar üçün hər hansı status almaq üçün şərait yaransın. Danışıqların son raundunda artıq sərhədlərin müəyyən edilməsi istqamətində hüquqi addım atılıb. Bu ayın axırında komissiyaların görüşü planlaşdırılır. Lakin erməni tərəfindən yeni sürprizləri gözləmək olar. Lakin Ermənistanın müqavimətinə baxmayaraq proses davam etdiriləcək. Fransa və Rusiyanın Qarabağda erməni anklavı yaratmaq niyyətlərini gözlərində qoymaq üçün Azərbaycan beynəlxalq nüfuzunu daha da artırmalıdır. Bunun üçün ilk növbədə konstitusiya dəyişilkliyi edərək idarəetmə sistemini parlamentli respublikaya çevirməliyik".
Cavid
22 Dekabr 21:39
812
22 Dekabr 20:49
882
22 Dekabr 19:01
945