“Ermənistan xristian dini abidələrinə qarşı da vandal hərəkətlər edir”-Məhəmməd Əsədullazadə Siyasət

“Ermənistan xristian dini abidələrinə qarşı da vandal hərəkətlər edir”-Məhəmməd Əsədullazadə

“Ermənistan xristian dini abidələrinə qarşı da vandal, dağıdıcı, terror hərəkətləri edirlər”. Bunu xaklqcəbhəsi.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. M.Əsədullazadə bildirib ki, ermənilər qriqoryan təriqətinə mənsuburlar və onlar vandal hərəkətləri ilə türk, alban mədəni irsini də məhv edirlər: “Çünki albanlar qədim Azərbaycan ərazisində yaşayıblar. Albanlara aid abidələr həm də indiki Ermənistan ərazisi olan qədim Azərbaycana məxsus ərazilərdədir. Ermənilər bu abidələri dağıtmaqla 0qriqoryanlığa aid olan saxta abidələr yaratmağa çalışırlar. Düşünrəm ki, ermənilər bununla Cənubi Qafqazda milli-mənəvi dəyərlərə qarşı tarixi bir soyqırım həyata keçirirlər. Mən, hesab edirəm ki, UNESCO bu məələyə ciddi yanaşmalıdır. Azərbaycan da UNEScO-ya müraciət etməli və Ermənistan bu vandalizm aktınma son qoyulmalıdır. Albaniya türkləri xristian dininə mənsub olublar. Buna görə də ermənilər qədim Albaniyanın tarixi irsinə qarşı soyqırım siyasəti həyata keçirirlər. Ümumiyyətlə Ermənistan ərazisində türk tarixi abidələri var və ermənilər çalışırlar ki, bu abidələri yer üzündən silsinlər. Bununla həm də dünya mədəniyyətinə qarşı vandal hərəkətlər edirlər. UNESCO bu məsələyə qarşımalı və vandalizm aktının qarşısı mütləq alınmalıdır”.

Əli