Aİ-nin təsnifatı əsasında yeni milli “İqtisadi fəaliyyət növləri təsnifatı” hazırlanacaq
ABŞ və Britaniya səfirlikləri təyyarə qəzasının ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib
2031–2035-ci illərdə rəsmi statistikanın inkişafına dair dövlət proqramının layihəsi hazırlanacaq
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
13 İyun 2022 11:05
3 570
Keçən il iyunun 15-də Azərbaycan və Türkiyə dövlətləri arasında imzalanan Şuşa bəyannaməsi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş "Bir millət, iki dövlət" ideya, fəlsəfi konsepsiyasının həmin dövrün mürəkkəb geosiyasi reallıqları şəraitində hüquqi, diplomatik və siyasi müstəvidə təzahürü olmuşdur.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Elşən Manafov Şuşa Bəyannaməsinin imzalanmasının ildönümünə münasibətində deyib.
O, qeyd edib ki, sənədin Azərbaycan üçün son dərəcə önəmli bir gündə - Qurtuluş günündə imzalanması simvolik səciyyə daşımaqla yanaşı Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanması Qarabağla bağlı erməni iddialarına, habelə onlarin siyasətinə havadarlıq edən bəlli qlobal güc mərkəzlərinə əslində bir mesajdır: "Sənəd Azərbaycan və Türkiyə arasındakı münasibətlərin regionun geosiyasi gerçəklikləri fonunda yeni bir müstəvi üzərinə gətirməklə məlum qardaş dövlətlər arasında mahiyyət etibari ilə yeni bir İttifaqın ərsəyə gəlməsinin əsasını qoymaqla hərbi, siyasi sahədə əməkdaşlığın yeni perspektivlərini müəyyən etmişdir. Azərbaycan prezidenti Əliyevin bu bəyannaməni 100 il əvvəl imzalanmış məlum Qars müqaviləsi ilə müqayisə etməsi regionda bu gün və 100 il əvvəl yaşanan hadisələr arasında paralellərin, müqayisəli təhlilin aparılması baxımından diqqəti cəlb edir. 100 il əvvəl imzalanmış Qars müqaviləsinin Naxçıvanın təhlükəsizliyi faktorunun təminatında rolu nə qədər idisə bu gün Şuşa bəyannaməsi regionun təhlükəsizliyinin təminatında 100 il əvvəlki Azərbaycanla müqayisədə müstəqil Azərbaycanın necə böyuk imkanlara malik olmasi faktorunun qabardılması konteksində maraqlıdır, bu isə Azərbaycanın müstəqillik dövründə həyata keçirilmiş siyasətinin yaratmış olduğu reallıqlar konteksində mümkün olmuşdur. Şuşa bəyannaməsi regionun təhlukəsizliyi, əməkdaşlığın genişləndirilməsi, regionla bağlı yeni layihələrin realizə edilməsi, məlum nəqliyyat dəhlizlərinin işə düşməsi , (o cümlədən Zəngəzur) və s problemlərin həllində iki qardaş dövlət arasındakı münasibətlərin nə qədər ciddi əhəmiyyət kəsb etməsi ampluasında ciddi təsir imkanlarina malik anlaşmadir. Regionda 3+3 formatında əməkdaşlığın perspektiv imkanları da bu anlaşmanın baza prinsiplərinə söykənir".
Cavid
13:50
56
13:48
126
13:47
168