Londonda Azərbaycan səfirliyinə hücumun əsl təşkilatçısı kimdir? Siyasət

Londonda Azərbaycan səfirliyinə hücumun əsl təşkilatçısı kimdir?

Londonda Azərbaycan səfirliyinin binasına hücum edənlər Səfirliyin binasından asılmış Azərbaycan bayrağını çıxarıb yerə atıblar. Azərbaycan səfirliyinə hücumu Küveyt əsillilərin yaratdığı radikal şiə təşkilatı - Mehdi Qulluqçular Birliyi öz üzərinə götürüb.

Əsasən müsəlman şiə ölkəsi olan Azərbaycan səfirliyinə radikal şiə təşkilatının hücumunun hansı izahı ola bilər ki?! Məlumdur ki, dünyada şiə təşkilatlarının əsas ideoloji rəhbərliyi və maliyyə mənbəyi İrandır və sözsüz ki, Londonda Azərbaycan səfirliyinə hücumun əsl təşkilatçısı da məhz İran fars rejimidir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, qənaətimizi əsaslandıran çoxlu faktlar və əlaqəli siyasi proseslər var. Ermənistanı özünün qırmızı xətti hesab edən İranı, son günlərdə Ermənistanın və onun havadarlarının qurduğu planlarının məhv olması düşmən tərəfi hiddətləndirməyə bilməzdi, ələlxüsus da "Qisas" əməliyyatından sonra. Zəngəzur dəhlizinin açılmasına hər çürə mane olmağa çalışan İranın Azərbaycana heç bir təsir imkanları da yoxdur:

"Qeyd etmək lazımdır ki, 44 günlük müharibə dövründə və ondan sonrakı proseslərdə İranın riyakar, düşmən və xain siyasəti onun Azərbaycanda yetişdirdiyi "din qardaşları" dirəyini əsaslı şəkildə laxlatdı və İran fars molla rejiminin tərəfdarları xeyli dərəcədə azaldı hansı ki, qalanlar isə heç bir təsiredici imkana malik deyildir. Bu səbəbdən də İran Azərbaycana qarşı ən murdar siyasətə əl atıb.

Ancaq Azərbaycan dövləti və xalqı müsəlman xəyanətinin haradan gəldiyini gözəl bilir. O da məlumdur ki, Azərbaycanın yürütdüyü siyasətə qarşı İran da, Rusiya da gücsüzdür. Azərbaycan qarşısına qoyduğu məqsədə xalq və dövlət olaraq böyük istək və ruh yüksəkliyi ilə irəlləyir. Bu müzəffər xalqın amalı təkcə Zəngəzur deyil və həm də Cüneydir".
Cavid