22 Dekabr 16:47
22 Dekabr 16:09
22 Dekabr 12:44
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
23 Sentyabr 2022 08:22
2 506
22 sentyabr tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirmə görüşündə iştirak edib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Pakistanın sədrliyi ilə keçirilmiş görüşdə nazir Ceyhun Bayramov çıxış edib.
Çıxış zamanı, Azərbaycan Respublikasının İslam həmrəyliyinə sadiqliyi, insanlığın inkişafı və rifahı naminə əbədi islami dəyərlər olan sülh, tolerantlıq, birlik, harmoniya və ədalət istiqamətində çalışdığı vurğulanıb.
İƏT-in müsəlman dünyasında əsas çoxtərəfli təşkilat kimi beynəlxalq təhlükəsizliyin qorunmasında əsas aktorlardan biri olmasından məmnunluq bildirilib. Müsəlman dünyasının bir çox yerlərində artan qeyri-sabitlik və toqquşmalardan ölkəmizin narahatlığı diqqətə çatdırılıb.
Ölkəmizin multikulturalizm və dinlərarası dialoqa verdiyi töhfələr barədə məlumat verilib, bu xüsusda 2008-ci ildən fəaliyyət göstərən Bakı Prosesinin əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycan ərazilərinin işğalı və post-münaqişə dövründə İƏT-in ölkəmizə göstərdiyi geniş və davamlı dəstəyə görə təşəkkür edib. Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində addımları barədə məlumat verilib.




22 Dekabr 21:39
1 015
22 Dekabr 20:49
1 071
22 Dekabr 19:01
1 148