“Fransa Azərbaycana qarşı qərəzlidir”
5 Oktyabr 20:23
5 Oktyabr 20:23
5 Oktyabr 18:39
29 Sentyabr 2022 08:45
2 660
Azərbaycanda Anım Gününün qeyd olunması ilə əlaqədar sentyabrın 27-də Meksikanın paytaxtı Mexiko şəhərinin əsas küçəsi olan Paseo de la Reforma prospektində “Gənc Diplomatlar” assosiasiyasının təşkilatçılığı ilə ölkədəki digər qeyri-hökumət təşkilatları fəallarının, Universitet tələbələrinin və Azərbaycan icmasının üzvlərinin iştirakı ilə yürüş keçirilib.
Meksika şəhər hökumətinin icazəsi və təhlükəsizlik dəstəyi ilə keçirilən yürüşdə iştirakçılar şəhərin adıçəkilən küçəsi ilə Azərbaycan-Meksika Dostluq Parkına qədər uzun məsafə qət edib və yol boyu “Azərbaycan sülh istəyir” və “27 sentyabr – Azərbaycan qəhrəmanlarını yad edir” pankartları açaraq şüarlar səsləndiriblər.
Azərbaycan-Meksika Dostluq Parkı önündə keçirilmiş mərasimdə yürüş iştirakçıları 30 ilə yaxın erməni işğalında qalmış torpaqların azad edilməsi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Yürüş Meksikanın nüfuzlu “ADN40” televiziya kanalının efirində, habelə kanalın 1 milyona yaxın izləyicisi olan rəsmi Tviter hesabında və digər sosial şəbəkə hesablarında yayımlanıb.
5 Oktyabr 22:14
805
5 Oktyabr 21:39
728
5 Oktyabr 20:50
728