Azərbaycanın Xorvatiya və Vyetnamdakı səfirləri geri çağırılıb - Sərəncam Siyasət

Azərbaycanın Xorvatiya və Vyetnamdakı səfirləri geri çağırılıb - Sərəncam

Prezident İlham Əliyev Fəxrəddin Qurbanovun Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Fəxrəddin İsa oğlu Qurbanov Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Anar Laçın oğlu İmanov Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında, eyni zamanda Kamboca Krallığında və Laos Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.