
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanı qəbul edib.
Görüşdə Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə əlaqədar 2030-cu ilə qədər qarşıya qoyulmuş hədəflərə nail olacağına əminlik ifadə edilib və bu istiqamətdə əldə olunan nailiyyətlər xüsusi vurğulanıb.
Ölkəmizin BMT-nin Cenevrə bölməsi yanındakı strukturları və ixtisaslaşmış təşkilatları ilə əməkdaşlığı qeyd olunub. Bundan əlavə, Azərbaycanın BMT-nin ixtisaslaşmış təşkilatlarına verdiyi könüllü maliyyə töhfələri, həmçinin donor təşəbbüslərini dəstəkləməsi məsələləri vurğulanıb. COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə Hərəkatın 80-dən çox üzv ölkəsinə göstərdiyi humanitar və maliyyə yardımı nümunəvi hal kimi qiymətləndirilib.
Tatyana Valovaya BMT-nin Cenevrədəki bölməsinin rəhbərinin və Heydər Əliyev Fondunun birgə təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan qadınlarına həsr olunmuş fotosərginin əhəmiyyətinə toxunub. Bildirilib ki, sərgi Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə vermiş Azərbaycan qadınlarını təşviq edir və ilk olaraq Bakıda təşkil edilən bu tədbir mütəmadi şəkildə digər ölkələrdə də keçiriləcək.