"Moskva danışıqlardakı monopoliyanı öz əlində saxlamağa çalışacaq" Siyasət

"Moskva danışıqlardakı monopoliyanı öz əlində saxlamağa çalışacaq"

Ermənistanın Zəngəzur dəhlizinin açılmaması uğrunda mübarizə aparması fonunda Rusiyanın XİN-dən kənar, qeyri-rəsmi kanallar vasitəsi ilə Ermənistana məktub göndərdiyi məlum olub. Məktubda Zəngəzur dəhlizinin "dəmir qəfəs" içərisində keçməklə Rusiyanın nəzarətində çəkilməsi təklifi var, yəni bildiyimiz dəmir barmaqlıqlarla hər tərəfdən bağlanmış formada, amma dəhliz şəklində. Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.
"Dəmir qəfəs" anlayışı hesab etmək olar ki, məntiqlə yanlardan bağlanması nəzərdə tutulan anlayışdır. Yuxarıdan bağlanmasının məntiqi, texniki, təhlükəsizlik, beynəlxalq uyğunluq və s. tərəflərini nəzərə alsaq, mümkün olmadığı anlaşılandır. Ola bilsin ki, dəhlizdən narazı olan məlumat yayan tərəf qəsdən "dəmir qəfəs" deməklə öz narazılığını bildirmək, mahiyyətini kiçiltmək istəyib:
"Məlumatın dəqiqliyinə erməni tərəfi yaydığı üçün tam etibar edilməsə də, bunun dəqiq olduğu deyilir.
Hər halda zatən dəhliz dəmir tellərlə izolə olunmalıdır.
Moskva Bakıya da öz adamlarını göndərib. 31 oktyabr görüşünə hazırlıq gedir. Moskva bu dəhlizin açılmasını bəyan edən qərarı tərəflərə imzalatmaqla hesab etmək olar ki, danışıqlardakı monopoliyanı öz əlində saxlamağa çalışacaq. Paşinyan heç bir kağız imzalamayacağını elan edib mətbuata əsasən".

Cavid