MSK-nın növbəti iclası keçirilib Siyasət

MSK-nın növbəti iclası keçirilib

Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclası komissiya sədri Məzahir Pənahov açıq elan edib. Daha sonra iclasda 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən deputatlığa namizəd olan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin şikayətinə baxıb. Pənah Hüseyn şikayətində bildirib ki, noyabrın 1-də keçirilən parlament seçkiləri ilə bağlı həmin seçki dairəsinin nəticələri ləğv edilməlidir. Qeyd edib ki, seçki bülletenləri yenidən sayılmalıdır. O, səsvermənin nəticələrini şübhəli olduğunu iddia edib.
MSK üzvü Bəxşeyiş Əsgərov Ekspert Qrupunun araşdırmasına Pənah Hüseynin dəvət olunduğunu bildirib. Bəxşeyiş Əsgərov bildirib ki, Ekspert Qrupunun araşdırması nəticəsində Pənah Hüseynin iddialarının əsassız olduğu məlum olub. Sübuta yetirilib ki, səsvermədə iştirak edən seçicilərin sayı ilə protokoldakı seçicilərin sayı eyni olub. Beləcə, MSK şikayəti təmin etməyib.
Araşdırma zamanı dairənin 13 saylı məntəqə seçki komissiyasında səslərin sayılması zamanı pozuntu aşkarlanıb. Həmin məntəqənin nəticəsi etibarsız sayılıb. Beləliklə, MSK Pənah Hüseynin şikayətini qismən təmin edib.
Sonda cari məsələlərə baxılıb.