“Partiyaların geniş və hərtərəfli fəaliyyəti üçün şərait yaradılıb”- Fəzail Ağamalı Siyasət

“Partiyaların geniş və hərtərəfli fəaliyyəti üçün şərait yaradılıb”- Fəzail Ağamalı

“Bu qanun layihəsini qəbul etmək olar. Bu gün ölkə prezidenti səviyyəsində sistemli və ardıcıl islahatlar aparılır, o cümlədən siyasi islahatlar. Təqdim olunan qanun layihəsi Milli Məclisin siyasi sistemə töhvəsi kimi qiymətləndirilməlidir. Mövcud çağırışlar və reallıqlar siyasi partiyaların yerinin və rolunun artırılmasını vacib sayır. Siyasi partiyalarda öz töhfəsini verməlidir”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı “Siyasi partiyalar haqqında” qanunun müzakirəsi zamanı deyib. O, əlavə edib ki, qanun layihəsi ictimai dinləmələrdən keçib, bir sıra təkliflər nəzərə alınıb, mübahisə yaradan məqamlar aradan qaldırılıb: “Aparılan müzakirələr deməyə əsas verir ki, yetkin qanun ortaya çıxır. Ölkədə partiyaların geniş və hərtərəfli fəaliyyəti üçün şərait yaradılıb. Layihə bütövlükdə qanunvericiliyin tələblərinə uyğundur və həmkarlarımı onu dəstəkləməyə dəvət edirəm”.

Əli