İranın İsrailə hücumu nəticəsində 15 nəfər yaralanıb
22 Mart 17:28
22 Mart 17:28
22 Mart 16:58
22 Mart 10:56
2 Dekabr 2022 08:26
2 415
Rumıniya və Azərbaycan böyük enerji layihələrinin həyata keçirilməsində maraqlıdır.
Bunu cümə axşamı Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare "Rumıniyanın Milli Günü və Rumıniyanın Böyük Birləşməsinin 104-cü ildönümü" münasibətilə keçirilən tədbirdə deyib.
"Rumıniya və Azərbaycan Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş qarşılıqlı maraq doğuran böyük layihələrin həyata keçirilməsində maraqlıdırlar", - deyə səfir bildirib.
V.Soare qeyd edib ki, bu layihələrə alternativ mənbələrdən elektrik enerjisi istehsalı və təbii qazın çıxarılması daxildir.
Onun sözlərinə görə, Rumıniya dünyada Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olub. Səfir əlavə edib ki, ötən dövr ərzində ölkələr arasında müxtəlif sahələrdə əlaqələr fəal inkişaf edib.
22 Mart 17:00
1 183
20 Mart 19:24
4 508
20 Mart 09:57
2 534