“Fransanın imkanı və gücü ilə iddiaları üst-üstə düşmür”-Nigar Arpadarai Siyasət

“Fransanın imkanı və gücü ilə iddiaları üst-üstə düşmür”-Nigar Arpadarai

“II Dünya Müharibəsindən sonra Almaniyanın kapitulyasiyası zamanı alman generalar mərasimdə Fransa nümayəndələrini gördükdə təəccüblə deyir ki, biz fransızları da unutmuşuq...”. Xalqcəbhəsi.azs xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında deputat Nigar Arpadarai deyib. O əlavə edib ki, 1945-ci ildə faktiki Fransa dövləti yox idi: “Fransa uduzmuş, pis vəziyyətə düşmüş ölkə idi. Amma Ruzvelt və Stalin Almaniyanın iddialarının qarşısını almaq üçün Fransanı BMT-yə üzv etdi, daha sonra Təhlükəsizlik Şurasının aparıcı dövləti etdilər. Halbuki o dövrdə Fransanın hərbi, iqtisadi və siyasi gücü belə bir ranqa uyğun gəlmirdi. İndi də Fransanın imkanı və gücü ilə iddiaları üst-üstə düşmür. Fransa faktiki Azərbaycanı öz əleyhinə çevirir. Həm Senatın həm də Milli Assambleyanın qətnaməsinə baxdıqda görürük ki, yekdilliklə deputatlar buna səs verib. Deməli, Fransa siyasi elitasında həmrəylik var. Bu Azərbaycanla yanaşı Türkiyəyə qarşıdır. Biz yekdilliklə bu qətnaməni rədd edirik. Bu, Azərbaycanın ərazi bütövılüyünə və suverenliyinə qarşıdır. Beynəlxalq hüquq pozuntususur. Bu eyni zamanda Ermənistana köməklik deyil. Ermənistan vəziyyətdən çıxmaq üçün Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmalıdır. Biz diqqətlə baxdıqda görürük ki, son 2 il ərzində Fransa tərəfindən qəbul olunan üçüncü qətnamədir. Fransa vasitəçi olmaq şansını itirdi, heç vaxt vasitəçi ola bilməz. Bu bizim üçün kağız parçasından savayı deyil”.

Əli