“Makronun danışıqlarda birtərəfli çıxış etməsi sülhə ziyan vurur”-Arzu Nağıyev Siyasət

“Makronun danışıqlarda birtərəfli çıxış etməsi sülhə ziyan vurur”-Arzu Nağıyev

“Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə ölkələrimiz arasındakı münasibətlərə zərbə və beynəlxalq hüquqa açıq hörmətsizlikdir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Arzu Nağıyev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib. Millət vəkili “30 ilə yaxın bir müddətdə ərazilərimiz işğal altında qalanda, talan ediləndə ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın yadına sülh indi düşüb?”,- deyə bildirib: “Onlar nəyin bahasına olursa olsun status-kvonu saxlamağa çalışırlar.
Fransa bütün cəbhələrdə Türkiyəyə uduzmasını və onun strateji tərəfdaşı Azərbaycanın 44 günlük Vətən Müharibəsində qalib gəlməsini həzm edə bilmir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin Brüssel görüşü və prezident makronun iştirakı ilə bağlı fikirləri bir daha sübut edir ki, Makronun danışıqlarda birtərəfli çıxış etməsi sülhə ziyan vurur. Çünki onları ancaq regionda qalmaq və söz sahibi olmaq düşündürür.
Milli Məclisdə müvafiq bəyanat qəbul olunub. Həmin bəyanatda birmənalı şəkildə Fransanın törətdiyi bütün qanunazidd məsələlər öz əksini tapıb”.

Əli