Xocalı soyqırımı Niderland parlamentində müzakirə edilə bilər Siyasət

Xocalı soyqırımı Niderland parlamentində müzakirə edilə bilər

Xəbər verdiyimiz kimi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bir çox diaspor təşkilatlarımız Xocalı soyqrımın növbəti ildönümü münasibətilə çoxsaylı tədbirlər təşkil edir, baş vermiş hadisəni dünyaya olduğu kimi çatdırmağa çalışırlar. Bu təşkilatlardan biri də Niderlandda fəaliyyət göstərən "Connect" təşkilatıdır. Bir müddət öncə mətbuatda "Connect"in sədri, həmyerlimiz Vüqar Abbasov və onun həmkarı Vim van Emdenin imzası ilə Niderland parlamentininin (İkinci Kamer) 16 fraksiya rəhbərinə müraciət ünvanladığı barədə xəbərlər getmişdi. Müraciətə parlament üzvlərindən hər hansı bir reaksiyanın olub-olmamasını öyrənmək üçün Vüqar Abbasovla əlaqə saxladıq. Onun dediyinə görə hələlik bir neçə fraksiyadan cavab məktubu alıblar ki, onlardan biri də D66 partiyasıdır. "Bu partiyanın parlamentdəki fraksiya rəhbərliyindən, xanım Martine van Bemmelin imzası ilə gələn emaildə qeyd olunur ki, müraciətiniz fraksiya üzvlərimizə göndərilib ki, debatlardakı hazırlıqları üçün istifadə edilsin. Burdan belə bir nəticəyə gəlmək olar ki, D66 partiyası parlamentlərdəki debatlar zamanı Xocalı məsələsini də qaldıra bilərlər və biz buna ümid edirik" – deyə soydaşımız bildirdi.