19 Yanvar 2023 13:59
3 220.jpg)
“Ulu öndər Heydər Əliyevin 1998-ildə verdiyi fərmanla “20 Yanvar Şəhidi” fəxri adı təsis olundu. Ulu öndərin 20 Yanvar faciəsinə və şəhidlərinə göstərdiyi bu həssas münasibət Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə də davam etdirilir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev deyib: “20 Yanvar şəhidlərinin və onların əbədi uyuduğu Şəhidlər Xiyabanının xalqımız və dövlət başçımız üçün nə qədər önəm və mənəvi dəyər daşıdığını Prezident İlham Əliyevin Şuşanın azad edilməsi müjdəsini 8 noyabr 2020-ci ildə xalqımıza məhz Şəhidlər Xiyabanından verməsi və “Əziz Şuşa, sən azadsan!” çıxışını orada etməsi nümayiş etdirdi. Azadlıq müjdəsinin və Zəfər xəbərinin buradan elan edilməsi 20 Yanvar şəhidlərimizə və onların timsalında bütün şəhidlərimizə göstərilən ehtiramın ifadəsi idi.
20 Yanvar şəhidlərimizin ruhu şad olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.
Əli