Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
Prezident: İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır
24 Yanvar 2023 18:54
2 499
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədindən buraxılış məntəqələrinin və onlara nəqliyyat giriş yollarının əlaqələndirilmiş inkişafı məqsədilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalatıb.
Fərmana əsasən, 2022-ci il noyabrın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədindən buraxılış məntəqələrinin və onlara nəqliyyat giriş yollarının əlaqələndirilmiş inkişafı məqsədilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Saziş” təsdiq edilir.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidirlər.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərəcək.
17:49
203
17:44
329
17:29
399