İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub - XİN Siyasət

İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub - XİN

İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb.

Bu barədə Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum barədə yaydığı bəyanatda qeyd edilib.

"Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir.

Son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılmasının diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdiyi qənaətindəyik", - deyə bildirilib.