İsrail ordusunun Livandakı Bofor qalasını ələ keçirməsi ilə bağlı görüntülər yayılıb
Azərbaycanda bəzi ərazilərdə yağış yağır, küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
"Yeni Konstitusiyanın qəbuluna ehtiyac var"-Qüdrət Həsənquliyev
SEPAH ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Tramp: İran nüvə silahı hazırlamamağa və əldə etməməyə razılaşıb
27 Yanvar 2023 15:21
3 017
“Hadisənin molla rejimi tərəfindən birbaşa sifarişlə həyata keçirildiyini təsdiqləyən bir nüans da hadisənin yanvarın 16-18-də Bakıda İsrailin Avrasiya ölkələrindəki səfirlərinin Xarici İşlər Nazirliyinin mərkəzi aparatının yüksəkvəzifəli şəxslərinin iştirakı ilə görüş keçirilməsi və Muxtar Məmmədovu Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsindən heç də uzun olmayan müddət sonra baş tutmasıdır”. Bunu xalqcəbhəsi.-az-a açıqlamasında politoloq Turan Rzayev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu şərh edərkən deyib: “Aydın məsələdir ki, rəsmi Bakı İranın sərgilədiyi ermənipərəst mövqe və təhdidkar ritorikaya cavab olaraq İsraildə səfəri açaraq qərarına gəldi. Bununla Azərbaycan İrana ondan çəkinmədiyini və nə qədər qərarlı olduğunu göstərdi.
Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum ilə İran Azərbaycan-İsrail münasibətlərinin inkişaf etməsindən Bakının İsraildə səfirlik açması ilə barışmayacağını demiş oldu. Tehran görünür bununla həm də səfirlik açılacağı təqdirdə başda İsrail olmaqla digər ölkələrdəki səfirliklərimizə də mümkün hücumların ola biləcəyi mesajını verir”.