Azərbaycanın İran siyasəti: praqmatizm, balans və yeni imkanlar - TƏHLİL
Prezident Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib - FOTO
Şiviloğulları ocağının yurd həsrətli oğlu İsgəndər İsmayıl oğlu | SƏMƏD VƏKİLOV YAZIR
ADSEA sədri ərazidə kollektorun tikinti-bərpa işlərinin gedişatı ilə tanış oldu - FOTO/VİDEO
1 Fevral 2023 11:39
2 632
Fevralın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantın təşəbbüsü ilə telefon danışığı olub.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayan Y.Qallant ölkələrimiz arasında mövcud münasibətlərdən məmnunluğunu ifadə edib.
General-polkovnik Z.Həsənov Y.Qallantı İsrail Dövlətinin müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib.
Danışıq zamanı tərəflər regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.